MÜQƏDDƏS MƏRYƏM ANA ALBAN KİLSƏSİ BƏRPADAN SONRA

Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa olunub.bərpa işləri daxili və xarici tərtibata xələl gətirilmədən Afina xartiyasına uyğun olaraq aparılıb.Qeyd edək ki, Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral kilsədir.