MÜKAFATLANDRIMA MƏRASİMİ KEÇİRİLİB

Sentyabrın 1-də “EMEDIA GROUP” Media təşkilatının təşkilatçılığı ilə hər il baş tutan “THE BEST OF AZERBAIJAN”  mükafatlandırılma mərasimi keçirilib.

Tədbir  Azərbaycan Respublikasının Dövlət himnini səsləndirməklə açıq elan olunub. Daha sonra Aərbaycan Respublikasının əməkdar artisti Manana Caparidzenin ifasında  Azərbaycanın qədim mahnısı olan Sarı gəlin ifa olunub. Tədbirin ilk çıxışçısı   “EMEDIA GROUP” un sədri “The Best of Azerbaijan” ideyasının əsas məqsədi haqqında danışaraq birldirb ki, tədbirin əsas məqsədi ən yaxşı işləri görən insanların dəyərinə dəyər qatmaqdır! Bildirilib ki, mükafatlanma mərasimində Azərbaycanımızın seçilən, uğurlu və ən yaxşılarını bir araya toplayaraq “The Best of Azerbaijan” Mükafatı ilə təltif edilir. Və bu  Mükafat görülən  işlərin davamını təmin etmək üçün bir stimuldur! Çıxışının sonunda Mükafata layiq görülən bütün şəxsləri təbrik edərək, onlara işlərində hər zaman ən yaxşı olmalarını arzuladı!  “The Best of Azerbaijan” mükafatlandırma mərasimində rəsmi və qeyri-rəsmi peşəkarlar iştirak ediblər. Xalqımıza xidmətində nümunə yaradan Millət vəkilləri,  daimi vətəndaşın yanında olan media nümayəndələri, nümunəvi iş adamları, istedadlı gənclər və digər öz sahəsinin peşəkarları gecənin qonaqları olublar. Mükafata layiq görülənlər arasında Azərbaycanın ən gənc xəbər aparıcısı Fariz Osmanov da olub. Fariz Osmanov Azərbaycanın tək biznes və turizm kanalı olan Qafqaz  televiziyasında artıq bir ilə yaxındır ki aparıcı işləyir.