MÜHARİBƏ VETERANININ OCAĞINDA "VAĞZALI" SƏDASI EŞİDİLDİ

Strateji cəhətdən böyük əhəmiyyət kəsb edən mövqedə yerləşən Zəngilan rayonu füsunkar təbiəti, böyük iqtisadi potensialı və turizmin inkişafında əhəmiyyətli rolu və bir də Ağalı kəndi

ilə də tanınır. Kənd bir sıra yenilikləri və üstünlükləri ilə məşhurdur. Belə ki, 30 illik düşmən əsarətindən sonra kənddə müasir şəraitdə yeni həyat qurulub.Həmçinin 30 ildən sonra ilk dəfə kənddə keçirilən toya bütün kənd sakinlərinin dəvət olunması, işğaldan azad olunmuş rayonlarda toy mərasimlərinin təməli qoyuldu. 30 illik yurd həsrətindən sonra kəndə qayıdan sakinlərin keçirdiyi ilk toy bir sıra özəllikləri ilə yadda qaldı. Oğluna doğma yurdunda toy edən müharibə veteranı Baloğlan Mirzəyevin bütün kənd sakinlərini toya dəvət etməsi hər kəs tərəfindən razılıq hissilə qarşılandı və toy el-oba şənliyinə çevrildi. Böyük qayıdışın ilk ünvanı olan kənd insanı valeh edir. Burada sülhü təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb. "Ağıllı kənd" üçün "ağıllı həllər" nəzərdə tutulub. Məqsəd yaşayış səviyyəsinin yüksəldilməsindən ibarətdir. Ağalı kəndində 30 ildən sonra müharibə veteranının ocağında "Vağzalı" sədası eşidildi. Müharibə veteranı olan Xanoğlan Mirzəyev Mehriban Mirzəyeva ilə doğma yurdunda ailə həyatı qurdu. Tarixi qəhrəmanlığı ilə seçilən xalqımız bu toy-büsatı ilə ən çətin məqamlardan Prezidentinin ətrafında sıx birləşməklə çıxdığını və çadır düşərgələrdən qurtularaq qalib xalq kimi müasir şəraitdə tikilən kənddə yaşadığını göstərməklə adət-ənənəyə uyğun toy etdi.