MÖVQELƏRİMİZ YENİDƏN ATƏŞƏ TUTULUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 718
			
	
        
		
			
		
		
	
	
		Sentyabrın 22-si saat 23:45-dən sentyabrın 23-ü saat 08:30-dək Ermənistan  silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı,  Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun  Koxanəbi, Kəlbəcər rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
    
        
                    
            
	
	
				
				
		
	
	
				