MOSKVADA SÜLH MÜQAVİLƏSİNİN DETALLARI MÜZAKİRƏ EDİLİB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 842
			
	
        
		
			
		
		
	
	
		Rusiyanın xarici işlər naziri Sergey Lavrov və  Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada danışıqlar zamanı regionda nəqliyyat və iqtisadi kommunikasiyaların bərpası, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması üzrə gələcək addımları müzakirə ediblər. Bu barədə Rusiya Xarici İşlər nazirliyi bilgi yayıb. “Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmalarının hərtərəfli yerinə yetirilməsi üzrə öhdəlik təsdiqlənib. Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, eləcə də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması kontekstində gələcək addımlar müzakirə edilib”. Bu barədə bilgi Rusiya XİN-in saytında verilib. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				