MOSKVADA AZƏRBAYCAN VƏ RUSİYA PREZİDENTLƏRİNİN GÖRÜŞÜ OLUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1446
			
	
        
		
			
		
		
	
	
		Iyulun 20 – də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir  Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gəlib. Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında Prezident İlham Əliyevi Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşıladılar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri iyulun 20-də başa çatıb.
    
        
                    
            
	
	
				
				
		
	
	
				