MİSİRDƏ KORONAVİRUSA YOLUXAN TURİSTLƏRİN XƏRCLƏRİ ÖDƏNİLƏCƏK

Misirin turizm naziri Xalid əl-Ananinin sözlərinə görə, koronavirusa yoluxan turistlərə pul ödəmək üçün hotellərlə razılığa gəlinib. "Koronavirusa yoluxan turistin vəziyyəti yüngül olarsa, o, oteldə qalacaq. Otellər Misirdə qaldıqları müddətdə turistlərin xərclərini ödəməyə razılaşıblar", xəstəliyi ağır keçirən turistlərin xərcləri isə Şarm Əl-Şeyx, Hurqa və ya Qahirədəki dövlət xəstəxanalarında qarşılanacaq. Bunu əl-Anani TASS informasiya agentliyinə verdiyi müsahibəsində deyib.