MİLLİ GİMNASTİKA ARENASININ YENİ MƏŞQ BİNASINDA YARADILAN ŞƏRAİTLƏ TANIŞLIQ

Oktyabrın 22-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar. gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və qızları Leyla Əliyevaya Milli Gimnastika Arenasının ərazisində yerləşən yeni məşq binasında yaradılan şərait barədə məlumat verdi.