MİLLİ GEYİMLƏRİMİZİN DOĞRU TƏBLİĞİ GƏRƏKLİDİR

Azərbaycan xalqının etnik tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapıb. Azərbaycanda ipəkçilik, pambıq istehsalı kimi sahələr inkişaf etdikcə, milli geyimin hazırlanmasında xüsusi rol oynayan parça istehsalı daha artıb və bunun sonucunda milli geyimlərdə dirçəlmə dövrü başladı. Milli geyimlər üzrə araşdırmaçı Aida İbrahimova qeyd edir ki, XIX əsrdən etibarən Azərbaycan milli geyimlərinin get-gedə dəyişməsi və sıradan çıxması ilə səciyyələnir.