MEŞƏ YANĞINI MERSİN ŞƏHƏRİNƏ YAXINLAŞIR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 798
			
	
        
		
			
		
		
	
	
		Türkiyənin Mersin şəhərinin Gülnar rayonunda dünən başlayan  meşə yanğını davam edir. Külək yanğını daha geniş əraziyə yaydığından Mersin-Antalya magistralında hərəkət dayandırılıb. Əraziyə 11 təyyarə, doqquzu hərbi olmaqla 29 helikopter, 138 yanğınsöndürən maşın və 850 canlı qüvvə cəlb olunub. Daha ətraflı bilgini bizə Mersindən şəhər sakini Zübeyir Gürsoy telefonla bildirdi. Onu da qeyd edək ki, artıq 790 sakin təxliyə edilib, 303 yaşayış yeri yanğın təhlükəsi səbəbindən boşaldılıb.
    
        
                    
            
	
	
				
				
		
	
	
				