METEOHƏSSASLIQ NƏDİR?

Havada, hidrometeoroloji proseslərdə baş verən dəyişikliklərə qarşı həssas olan insanlara meteohəssas insanlar deyirlər.

Müəyyən hava şəraitləri var ki, bu qisim insanlar xüsusilə diqqətli olmalıdırlar. Söhbət həyatı riskdən gedir. Ancaq bir çox hallarda meteoroloqların bu tipli xəbərdarlıqlarına dırnaqarası baxılır. Bəs meteohəssaslıq nə deməkdir və belə insanlar hansı riski daşıyırlar? Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünya əhalisinin 75 faizdən çoxu meteohəssas insanlar qrupuna aiddir. "Bu insanlar havada və iqlimdə baş verən dəyişikliyi, yaxud hansısa maqnit dalğasının baş verməsini digər insanlara nisbətən daha tez hiss edirlər. Həmin günlərdə sağlamlıqlarında olan problem daha ağır və intensiv xarakter alır. meteohəssaslıq özünü bir neçə saat davam edən baş ağrıları ilə, pis əhval-ruhiyyə, tez yorulma və zəiflik əlamətlərilə göstərir. Bütün bunlara isə güclü külək, qar, yağış, maqnit qasırğası və günəşdə olan partlayışlar səbəb olur. Amma bu xoşagəlməz halın qarşısını almaq əslində elə də çətin deyil. “təbiətin barometri” adlandırılan meteohəssas insanlara bunun bir qədərdə psixoloji durum olduğunu xatırlatmış olarıqsa ,onlara istənilən hava şəraitinə yüksək əhvalda olmaqlarını arzu edirik.