MARTİN RYAN : ERMƏNİSTANIN BÜTÜN TOPONİMLƏRİ TÜRK MƏNŞƏLİDİR

Azərbaycanda fəaliyyət göstərən fransız iş adamı Martin Ryan Fransanın Tuluza şəhərində fəaliyyət göstərən “Jean Mermoz” tədqiqat və təhlil dərnəyinə müsahibəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalından danışıb. Müsahibədə tarixə nəzər salan M.Ryan Qarabağa ermənilərin köçürülməsindən, Qarabağın, Yerevanın Azərbaycan xanlıqları olmasından bəhs edib. 1921-ci il sənədini paylaşan iş adamı Qarabağın Azərbaycan ərazisi olduğunu göstərib.