MALAZGİRT ZƏFƏRİNİN 950-Cİ İLDÖNÜMÜ

Türkiyədə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə müəyyən olunmuş təntənəli yubiley tədbirləri möhtəşəm şəkildə təşkil olunub. Azərbaycan mədəniyyətini tanıtmaq üçün nəzərdə tutulan çadır Ahlat rayonu ərazisində mərasimlərin keçirildiyi ən cəlbedici məkanda qurulmuşdu. Avqustun 24 – də Azərbaycan çadırının da daxil olduğu bölmənin təqdimatı olub.