MALAZGİRT DÖYÜŞÜNÜN 950 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB

Sentyabrın 9 və 10 - da paytaxt Bakıda Malazgirt Zəfərinin 950-ci il dönümü ilə bağlı tədbirlər keçirilib. İki gün davam edən Seminar Azərbaycan Milli Elmlər Akademiyası, Milli Azərbaycan Tarixi Muzeyi, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, Çölçü İctimai Birliyi və Türkiyə Universitetləri Məzunları İctimai Birliyi tərəfindən dəstəklənib.