MACARISTANDA DAXİLİ TURİZM POPULYARDIR

Macarıstanın Otellər Assosiasiyası tərəfindən bu günlərdə aparılan ictimai rəy sorğusu macar cəmiyyətinin bundan əvvəl üstünlük verdikləri dəyərləri təsdiqləyib. bu il də çox populyardır. Sorğu göstərib ki, məzuniyyəti evdə keçirmək istəməyən macarların yarısından çoxu məhdudiyyətlərin ləğvindən sonra ölkədən kənara çıxmayacaq və Macarıstanda yerləşən otellərdə istirahət edəcək. Ötən il pandemiya ilə bağlı risklər səbəbindən hər ikinci respondent xarici ölkədə istirahət əvəzinə daxili turizmi seçmək qərarı verib. Görünür, bu meyil bu il də dəyişməyəcək. Koronavirus böhranı ilə bağlı məhdudiyyətlər götürüldükdən sonra bu göstərici 60 faiz artıb. Onların yarısı məzuniyyətini Balaton gölü ətrafında, 20 faizi isə termal su kurortlarında keçirməyi planlaşdırır.