LAÇININ ŞEYANLI KƏNDİ

Şeylanlı kəndi Laçın rayonunda yerləşir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilən kənd 28 ildən sonra 2020-ci ilin dekabrında geri alındı. Şeylanlı oykonimi XIX əsrin ortalarında Azərbaycanda yaşayan kürd mənşəli şeylanlı tayfasının adını əks etdirir. Qaraçorlu tayfa ittifaqına daxil olan şeylanlılar hələ XVII əsrin əvvəllərindən İrandan gələrək Azərbaycanda məskunlaşıblar. Bu ərazi işğal dövründə ermənilər tərəfindən Shrvakan adlandırılırdı. Kənd sakinləri işğala qədər heyvandarlıqla məşğul olublar. İşğaldan sonra köçkünlük həyatı yaşayan Şeylanlı kəndinin sakinləri yenidən öz doğma kəndlərinə dönəcəyi günü gözləyirlər.