LAÇININ İŞĞALDAN AZAD EDİLMƏSİNDƏN 3 İL ÖTÜR

Laçının erməni işğalından azad edilməsindən 3 il ötür. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu heç bir itki verilmədən dekabrın 1-də işğaldan azad

edilib. Həmçinin Azərbaycan 2022-ci il avqustun 26-da 10 Noyabr Bəyanatının müddəalarına əsasən, Laçın şəhərinə, Zabux və Sus kəndlərinə də nəzarəti bərpa edib.  Bununla yanaşı, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla avqustun 26-sı Laçın Şəhəri Günü olaraq təsis edilib. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Qeyd edək ki, Laçın 1992-ci il may ayının 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu.