LAÇIN ORDUMUZUN NƏZARƏTİNƏ KEÇİR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 779
			
	
        
		
			
		
		
	
	
		Rusiya sülhməramlı qüvvələrinin Laçın dəhlizindəki postlarının  sökülməsinə başlanılıb. Hazırda dəhliz boyunca quraşdırılmış postlar və nəzarət köşkləri sökülür. Ərazi qısa zamanda tamamilə boşaldılaraq Azəbaycana təhvil veriləcək. Bundan sonra Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ çəkilən yeni yolda xidmət aparmalı olacaqlar.  Qeyd edək ki, Azərbaycan Laçın şəhərinə daxil olmadan Laçın dəhlizinə alternativ olaraq yol çəkib. Bu yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçərək Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində mövcud magistralla kəsişir. 
Yeni yolun istifadəyə verilməsi ilə Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçir. Ermənilərə ərazilərdən çıxmaları üçün sabaha – yəni avqustun 25-dək vaxt verilib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				