“ARŞIN MAL ALAN” YENİDƏN ÇİN SƏHNƏSİNDƏ

Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Çində 3-cü dəfə səhnələşdiriləcək. Əsər Çində ilk dəfə 1959-cu ildə, növbəti dəfə isə 2010-cu ildə səhnəyə qoyulub. Sentyabrın 16-da Lanfan şəhərindəki İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində operettanın premyerası olacaq. 18 sentyabr - Milli Musiqi Gününə və Üzeyir Hacıbəylinin doğum gününə həsr olunan konsert Azərbaycanın Mədəniyyət Nazirliyi, ölkəmizin Çindəki səfirliyi və Tiencin şəhər bələdiyyəsinin dəstəyilə hazırlanır.