KƏLBƏCƏR VƏ LAÇIN ARTİLLERİYA ATƏŞİNƏ TUTULUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 928
			
	
        
		
			
		
		
	
	
		Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş  razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub.Bu barədə Müdafiə Nazirliyindən bilgi verilib. "Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür. Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür", - deyə bilgidə qeyd edilib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				