KÜSNƏTLİLƏR DÖVLƏT BAŞÇISINA MİNNƏTDARLIQ ETDİLƏR
Baxış sayı: 37
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Küpçal kənd inzibati ərazi dairəsinin Küsnət kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də Quba rayonunda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Qımıl kəndində I Qarabağ Müharibəsi şəhidi Alimşah Tahirovun və 44 günlük Vətən Müharibəsi şəhidi Nuran Mirzəyevin adına yaradılmış Şəhid xatirə guşələrinin qarşısına gül dəstələri düzüblər.