KÖKLÜYƏ SƏBƏB OLAN VƏRDİŞLƏRİMİZ

Piylənmə artıq bütün dünyada ciddi problemə çevrilib. Buna cavan insanlarda və hətta uşaqlarda da tez-tez təsadüf edilir. piylənmə tək kosmetik qüsur deyil, bu çox ciddi pozulmadır. Bu bir çox xəstəliklərin inkişafına səbəb olur.Bəs köklüyə səbəb olan amillər hansılardır? Təbii ki, bunun üçün müxtəlif səbəblər göstərmək olar. Köklüyə səbəb olan əsas amillərdən biri fiziki aktivliyin azalmasıdır. Bundan başqa, köklüyə səbəb olan amillər arasında qidalanma vərdişləri, yaş, cins və s. mövcuddur. Çoxsaylı araşdırmalar göstərib ki, səhər yeməyindən imtina edən insan nahar və şam yeməyi zamanı daha çox qida qəbul edir və bu da artıq çəkinin yığılmasına səbəb olur. Alimlər səhər yeməyini daha kalorlu və tamdəyərli etməyi tövsiyə edirlər.Gecə yarısına qədər oyaq qalan insanlar əksər hallarda vaxtını kompüter və ya televizor qarşısında keçirir. Bu zaman onlar adətən müxtəlif şirin, kalorlu qidaları qəbul edir. Bu qidalarda olan kalorilər, təbii ki, sərf olunmur və çəkinin artmasına səbəb olur.Son vaxtlar hətta uşaqlar arasında da piylənmə geniş yayılıb. Səbəbi çox vaxt uşaqlar arasında həm az hərəkətlilik hallarının yayılması ilə, həm də qeyri-düzgün qidalanma vərdişlərinin formalaşması ilə əlaqələndirilir.Piylənmə, ürək-qan damar sistemi, skeleroz, yüksək təzyiq, şəkərli diabet kimi xəstəliklərə yol açır. “atışdırmalıq” qidalar, asan mənimsənilən şəkərlər, yüksək kalori tərkibli “fast food”lar, tez hazırlanan yeməklər, karbohidrat yüklü qidalar, enerji dəyəri yüksək olan şirələr, enerji içkiləri, satılan süni meyvə şirələri kimi qidalar uşaqlar arasında istifadəsi artıb və bunlar piylənməyə daha çox səbəb olan amillərdir. Təəssüflər olsun ki, belə uşaqlarda alınan və itirilən kalorilər arasındakı balans pozulmuş olur. Müsbət balans yarandığına görə aşırı kalori uşaqlarda piy deposu şəklində toplanmağa başlayır. Beləliklə də köklük əmələ gəlir.Uşaqlar əvvəllər olduğu kimi vaxtlarının çox hissəsini həyətdə açıq hava oyunları oynamaqla deyil, planşet, telefon , televizor qabağında rəngarəng cizgi filmləri izləməklə keçirdirlər: Belə hallar təəssüf doğurur və artıq çəkiyə gətirib çıxarır. Kiçikdən böyüyə hər kəsə artıq çəki problemindən qurtulmaq üçün ən vacib tövsiyyə hər gün piyada yeriməkdir..Piyada yerimək artıq çəkidən, diabet və ürək xəstəliklərindən uzaq olmağa yardım edir və insanın ömrünü uzadır.Bu zaman enerji artır, oksigen bədənə daha yaxşı ötürülür. Beyin fəaliyyəti yaxşılaşır, gün ərzində 20 dəqiqə piyada yerimək yorğunluğu 65% aradan qaldırır və daha gümrah edir.Həkimlərin fikirinə görə, hipodinamiya (hərəkətsizlik) müasir insanların ən böyük bəlasıdır.Məhz hipodinamiya bir çox xəstəliklərin inkişafına təkan verir. Azhərəkətli insanın bədənində mübadilə prosesləri, qan dövranı zəifləyir, durğunluq prosesləri yaranır. İdmanla məşğul olmaq üçün vaxt və vəsait lazımdır. Bu isə bəzən çətin olur. Belə vəziyyətdə ən yaxşı çıxış yolu piyada gəzməkdir. Piyada gəzintilər insandan nə əlavə vaxt, nə də pul tələb etmir və bununla yanaşı insan sağlamlığına çox böyük xeyir gətirir.Xarici alimlərin araşdırmalarına əsasən, hər gün 30 dəqiqə ərzində tez tempdə piyada gəzən insanlarda ürək-damar sistemi xəstəliklərinin riski 30% azalırHəmçinin piyada gəzintilər insanın əhvalını yaxşılaşdırır, stress və depressiya ilə mübarizə aparmağa kömək edir Piyada gəzmək insan həyatını çətinləşdirməyən, bədəni yormayan, hər yaşa uyğun idman növüdür.həm sağlıqlı ,həm ideal görüntü üçün piyada yeriməyi həyatınızın bir parçasına çevirin..