KORONAVİRUS XƏSTƏLƏRİNƏ QULLUQ ÜÇÜN ROBOT YARADILDI

İnsanabənzər robot Sofianı yaradan Honkonq alimləri səhiyyə sektorunda istifadə ediləcək yeni bir robot təqdim ediblər.Qreys adlanan robot yaşlılara və ya təcrid olunmuş “COVID-19” xəstələrinə qulluq etmək üçün inkişaf etdirilib.Qreys Asiyaya məxsus üz cizgilərinə və qəhvəyi saçlara sahibdir, mavi tibb bacısı forması geyinir. Sinəsində xəstənin temperaturunu ölçən bir termal kamera mövcuddur.Robot diaqnostika üçün süni zəkadan istifadə edir, eləcə də ingiliscə və Çin dilinin müxtəlif dialektlərində danışa bilir. Robot süni intellektin yardımıyla xəstələrin vəziyyətini yoxlayır.Təşəbbüskar Devid Henson açıqlamasında belə bir robotun pandemiya zamanı tibb işçilərinin işini asanlaşdıra biləcəyini bildirib.“Hanson Robotics” (Hensn Robatiks) və “Singularity (Singuleriti) Studio”nun direktoru David Leykin sözlərinə görə, Qreysin beta versiyasının avqust ayına qədər kütləvi istehsalına başlanacağı planlaşdırılır.