KORONAVİRUS DAŞINMAZ ƏMLAK SEKTORUNU DA “ÖLDÜRÜB”?

“Neftin qiymətinin düşməsi, pandemiya ilə bağlı olan tədbirlər, eyni zamanda bəzi qurumların karantinlə əlaqədar işlərinin dayanması əmlak bazarına da təsirsiz ötüşmüyüb.

Bunu ölkənin daşınmaz əmlak bazarının hazırkı durumunu təhlil edən ekspert Anar Nəsirov deyib.Rayon qeydiyyatında olanlar, bölgələrdə evləri olanlar virusdan qorunmaq üçün şəhərdən kənara üz tutublar. Gediş-gəlişin bərpa olunması, onların şəhərə qayıdışı bir qədər vaxt aparacaq. Bu vəziyyət düzələndən sonra kirayə bazarında da irəliləyiş ola bilər.Qiymətlərin düzəlməsi dünyanı əsarət altına alan koronavirusun qarşısının alınması və dünya bazarında neftin qiymətinin bahalaşmasından asılıdır. Nə qədər ki, sadaladığımız amillər ortadan qalxmayıb ucuzlaşmanın davam edəcəyi istisna edilmir.Ekspert daşınmaz əmlak sektorundakı bu vəziyyətin hələ bir neçə ay davam edəcəyi, canlanmanın isə sentyabr ayından tez baş verməyəcəyi qənaətindədir.