KOBİA SANKT-PETERBURQ BEYNƏLXALQ İQTİSADI FORUMU ÇƏRÇİVƏSİNDƏ İKİ SƏNƏD İMZALAYIB

Sankt-Peterburqda keçirilən XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bir sıra görüşlər keçirib, əməkdaşlığa dair iki sənəd imzalayıb.KOBİA-dan bildirilib ki, Qətər İnkişaf Bankının baş icraçı direktoru Əbdüləziz Nasir Əl-Xəlifə və agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov arasında keçirilmiş görüşdə əməkdaşlıq imkanları müzakirə edilib. Görüş çərçivəsində Qətər İnkişaf Bankı və KOBİA arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənəd KOB-ların maliyyə və satış bazarlarına çıxışının dəstəklənməsi istiqamətində təcrübə mübadiləsini, birgə təşəbbüslərin reallaşdırılmasını və sair nəzərdə tutur.Forum çərçivəsində, həmçinin KOBİA və Rusiyanın “Roskonqres” Fondu arasında əməkdaşlığa dair saziş imzalanıb. Sazişə əsasən, tərəflər işgüzar dairələr arasında səmərəli ünsiyyətin yaradılması, qarşılıqlı məsləhət, məlumat və ekspert dəstəyi kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər.