KİÇİK QALA QALAÇA

Müdafiə Nazirliyiy işğaldan azad edilən yuird yerlərinin video görüntülərinin yaymaqda davam edir. Görüntüləri yayımlanan növbəti kənd Qalaça kəndidir.Qalaça — Azərbaycan Respublikasının Laçın rayonu Bozlu kənd inzibati ərazisində yerləşir.Kənd Minkənd çayının sahilində, dağətəyi düzənlikdədir. Yaşayış məntəqəsi kiçik təpənin üstündə yerləşən qalaçanın yaxınlığında salındığı üçün belə adlanmışdır. Oykonim “kiçik qala” mənasındadır. Hazırda həmin qalaçanın yerləşdiyi təpə “Top Qalaça” adlanır.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilənə qədər kənddə əsas məşğuliyyət heyvandarlıq olub. 28 illik işğal altında qaldıqdan sonra 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib