"JAPAN AİRLİNES" ŞİRKƏTİNİN 2025-Cİ İL ÜÇÜN PLANI
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1511
			
	
        
		
			
		
		
	
	
		Yaponiyanın "Japan Airlines" şirkəti 2025-ci ilədək uçan avtomobillərin kommersiya istifadəsinə başlamağı  planlaşdırır.Bu barədə Yaponiya mətbuatı yazır.Qeyd olunur ki, ilkin mərhələdə Mie prefekturasında hava limanı ilə turizm obyektləri arasında sərnişin daşımalarının işə salınması nəzərdə tutulur.Eyni zamanda Yaponiyanın digər iri aviaşirkəti "All Nippon Airways" analoji xidmətin yaradılması üzərində işləyir.Qeyd edək ki, Yaponiya hökuməti 2023-cü ildən başlayaraq uçan avtomobillərin yük daşıması üçün fəaliyyət planı üzərində işləyir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				