İŞĞALDAN AZAD EDİLƏN YERLƏRİN ZƏNGİN SU RESURSLARI VAR

İşğaldan azad olunan ərazilərdə digər təbii resurslarla yanaşı, kifayət qədər zəngin su resursları da mövcuddur . Ərazilərin işğaldan azad olunması nəticəsində 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb. Bunu Ağdam şəhərinə səfəri zamanı Baş nazirin müavini, Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib. Baş nazirin müavini deyib ki, su resurslarının yenidən qiymətləndirilməsi çox vacibdir. Çünki hazırkı qiymətləndirmələr təxminidir. Şahin Mustafayev işğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarının olduğunu bildirib.Baş nazirin müavini Komissiya çərçivəsində də təkliflərin olduğunu, onlara da baxılacağını deyib.