İŞIQ SAÇAN AĞCAQANAD

İşıq saçan fosforlu ağcaqnadlar haqqında heç duydunuzmu? Doğru eşitdiniz, insan qanl içən deyil, işıq saçan! Bu ağcaqanadın görünüşü ilə yanaşı, qeyri-adi davranışı da xüsusi maraq doğurur. Belə ki, “Arachnocampa luminosa” kimi tanınan göbələk atəşböcəyi ağcaqanadı fosforlu işıq yayan selikli ipəkdən tunel şəklində bir yuva qurur və sürfələri ora qoyur. Beləliklə, parıltıdan istifadə edərək atəşböcəyi ağcaqanadı şikarına tələ qurur. Qaranlıqda uçan digər həşəratlar atəşböcəyinin işığını görür və ona tərəf uçur. Nəticədə şikar yapışqan iplərin içində qalaraq atəşböcəyi ağcaqanadının yeminə çevrilir. Atəşböcəyi ağcaqanadın yeni çıxan sürfələri yalnız 3-5 mm uzunluqdadır, lakin inkişafın son mərhələsində artıq 30 mm-ə çatırlar. Yetkinlər uçmağı bacarırlar, ancaq bəslənə bilmədiyinə görə yalnız bir neçə gün yaşayır - bu müddət isə cütləşmək üçün kifayət qədər vaxtdır. Bundan sonra dişi təxminən 100 yumurta qoyur. “Parıltı” cütləşmə üçün də xüsusi rol oynayır.