İZMİRİN MEŞƏLİK ƏRAZİLƏRİNDƏ YENİDƏN YANĞIN BAŞ VERİB

Türkiyənin İzmir vilayətinin Menderes və Urla rayonlarında yerləşən meşəlik ərazilərdə yanğın baş verib. Bölgəyə bir təyyarə, beş helikopter, çoxlu sayda yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.