İSTANBULDA ŞİDDƏTLİ ZƏLZƏLƏ OLDU

İstanbulun Silivri sahillərində ard-arda zəlzələ baş verib. Belə ki, baş verən 4 bal gücündə zəlzələdən sonra 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyi 6,92 kilometr olub. Baş verən zəlzələ ətraf əyalətlərdə də, xüsusilə Bursa, Yalova və Təkirdağda hiss olunub. Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bilgi yayıb. "İstanbulun Silivridə, Mərmərə dənizində 6,2 bal gücündə zəlzələ baş verib. Ətraf sahillərdə də hiss olunan zəlzələ ilə bağlı bütün AFAD qrupları və aidiyyatı qurumlarımız çöl araşdırmalarına başlayıb",- deyə o, bildirib. İstanbulu silkələyən zəlzələlər davam edir. Qeyd edək ki, Bu gün Türkiyədə 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur. Eyni zamanda Bu gün həm də Türkiyə Böyük Millət Məclisinin açılışından 105 il ötür. Parlamentin fəaliyyətə başlaması münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının Ulu Öndəri Mustafa Kamal Atatürk tərəfindən uşaqlara həsr edilib.