İRƏVAN LAÇIN İSTİQAMƏTİNDƏ TƏXRİBATA HAZIRLAŞIR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 558
			
	
        
		
			
		
		
	
	
		İrəvanda ərzaqlarla dolu yük maşınları Laçın istiqamətində hərəkət  etmək üçün çıxış qərarı gözləyir. Bu barədə Teleqram kanallarında görüntülər paylaşılıb.Bildirilir ki, əgər qərar verilərsə, onlar Ermənistanın Azərbaycanla şərti dövlət sərhəddinə yaxınlaşaraq yardımı separatçılara çatdırmağa çalışacaqlar. Aldığımız son bilgiyə görə dırnağarası humanitar yük daşıyan avtomobillər Ermənistandan Laçın rayonunda yerləşən nəzarət keçid-məntəqəsinə  doğru yola düşüb. Ehtimal olunur ki, bir qrup erməni Laçındakı nəzarət keçid-məntəqəsinə yaxın ərazilərdə stabilliyi pozmaq niyyətindədir.Qeyd edək ki, Azərbaycan tərəfi ötən gün bəyanat yayaraq, mümkün təxribata görə Ermənistanın məsuliyyət daşıdığını bildirib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				