İRƏVAN BU 4 KƏNDİ QAYTARMAQ İSTƏYİR?

Ötən həftə parlamentdə Baş nazir Nikol Paşinyan deputatlarla görüşündə Azərbaycanın ilk növbədə qaytarılmasını tələb etdiyi dörd kənddən (Qazaxın anklav olmayan

kəndləri ) danışıb. Yeri gəlmişkən, Münhendə də bu məsələ ilə bağlı müzakirə aparılıb.Bu barədə “Hraparak” nəşri yazıb.“Komanda yoldaşları ilə söhbətində Paşinyan vurğulayıb ki, (ilk növbədə tələb edilən) bu kəndlər Tavuş bölgəsində yerləşir. Deməli, söhbət bu dörd kənddən gedir - Bağanıs-Ayrım, Yuxarı Əskipara, Xeyrimli və Qızıl Hacılı.Yeri gəlmişkən, Tavuş qubernatoru Ayk Qalumyan da bildirdi ki, onların rayonunda azərbaycanlı kəndləri var. Nəyə görə indi Paşinyanın əvvəllər dediyi kimi səkkiz yox, dörd kənddən danışdığına gəlincə, hökumətyönlü mənbələrimizə görə, adıçəkilən dörd kəndin coğrafi mövqeyi elədir ki, onların təslim edilməsi bizim üçün problem yaratmayacaq (çünki anklav deyil və Azərbaycana bitişikdir – red.), - digər kəndlər, o cümlədən Ermənistanın qalan hissəsini əslində cənubla birləşdirən Kərkidən fərqli olaraq”, - məlumatda vurğulanıb.Xatırladaq ki, hazırda Qazax rayonunun Sofulu, Bərxudarlı, Bağanıs-Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli, eləcə də Naxçıvanın Kərki kəndi erməni işğalı altındadır.