İRANIN AZƏRBAYCANA QARŞI DAHA BİR TƏXRİBATI ÜZƏ ÇIXIB

''Caliber'' yutub layihəsinin yayımladığı süjetdən məlum olur ki, İran ordusu 2-ci Qarabağ döyüşlərində Azərbaycanın suveren ərazilərinə daxil olubmuş. Onlar hərbçilərimizin qarşısını kəsərək onları ləngidiblər. Ekspertlərin sözlərinə görə İranın bu addımı artıq təccüblü deyil. Çünki İran hakimiyyəti ermənipərəst siyasət yürüdür.