İRAN – AZƏRBAYCAN- AVROPA ARASINDA YENİ DƏHLİZ AÇILIR

Bu həftə İran, Azərbaycan, Gürcüstan, Qaradəniz və Avropa arasında yeni dəhliz işə düşəcək. Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün Tvitter səhifəsində yazıb. Səfirin sözlərinə görə bu dəhliz Pakistan, İran və Türkiyə arasında, Finlandiya, Rusiya, Azərbaycan, İran, Fars körfəzi və Hindistanın da daxil olduğu şimal – cənub dəhlizinin sınaq şəklində istifadəyə verilməsindın sonra aktivləşəcək. İran, Azərbaycan və Gürcüstandan keçməklə, Fars körfəzi - Qaradəniz marşrutunun açılması gündəmdədir.