İRAN RUSİYAYA GÜVƏNMƏKDƏ SƏHV ETDİYİNİ ANLADI
Baxış sayı: 7
İran Suriya və Venesueladan sonra Rusiyanın ən son müttəfiqi oldu və Putinin dostluğunun sərhədləri olduğunu öyrəndi. Bu barədə "Politiko"da yayımlanan məqalədə deyilir.
Bildirilib ki, kritik məqamlarda Kremlin müttəfiq ölkələrinin problemlərinə reaksiyası son dərəcə ləng olur:"2024-cü ilin sonunda Suriya Prezidenti Bəşər Əsəd üsyançı qüvvələr Dəməşqə basqın edərkən Rusiyanın dəstəyinin onun rejiminin sağ qalmasına zəmanət vermədiyini öyrəndi. Bu ilin əvvəlindən ABŞ həbsxanasında olan Venesuela Prezidenti Nikolas Maduro da ehtiyacı olduğu halda Kremlin köməyini görmədi". Məqalədə o da qeyd olunub ki, fevralın 28-də İranın ali rəhbəri Ayətullah Əli Xamenei Tehrana hücum zamanı öldürüldü və indi İran Amerika hegemonluğu qarşısında Kremlin səs-küylü bəyanatlarının kömək etmədiyini görür:"Ötən yay 12 günlük müharibəsi zamanı və ABŞ İranın nüvə obyektlərinə kütləvi hücum edərkən yüksək rütbəli Rusiya rəsmiləri pisləmə bəyanatları verdi, lakin heç bir tədbir görmədilər".
