İRAN POLİSİ 10 NƏFƏR ETİRAZÇINI ÖLDÜRÜB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 844
			
	
        
		
			
		
		
	
	
		İranda Məhsa Əmini adlı gənc qadının əxlaq polisindəki ölümündən sonra  başlayan etirazlar davam edir. Ölkənin müxtəlif şəhərlərində hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışır. Verilən bilgiyə görə, Tehran, Urmiya, Təbriz və ölkənin digər iri şəhərlərində əhali küçələrə axışaraq hakimiyyətə qarşı şüarlar səsləndirir. Qadınlar isə baş örtüklərini yandıraraq aksiyalara dəstək verirlər. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılır. İranda davam edən ümumxalq etiraz aksiyalarında polisin açdığı atəş nəticəsində ümumilikdə 10 nəfər öldürülüb. “Report “Iran International”a istinadən xəbər verir ki, bu barədə yerli kürd hüquq müdafiə şəbəkəsi bilgi yayıb. Eyni zamanda, qeyd olunub ki, Güney Azərbaycanın Urmiya şəhərində 1-i yeniyetmə olmaqla 3 nəfər qətlə yetirilib. Hazırda ölkə daxilindəki vəziyyət gərgin olaraq qalır.
    
        
                    
            
	
	
				
				
		
	
	
				