İNSANLAR EKOLOJİ FƏLAKƏTƏ SƏBƏB OLUBLAR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1456
			
	
        
		
			
		
		
	
	
		Təbiətin işinə qarışan insanlar ekoloji fəlakətə səbəb olublar. Beləki,Tasmaniya iblislərinin Avstraliyanın Mariya  adasına köçürülməsi 3.000 cüt kiçik pinqvinin və bir sıra digər kiçik quşların məhvinə səbəb olub.Bu barədə BBC xəbər yayıb.Məlumata görə, Avstraliya və Tasmanya hökumətləri arasındakı ortaq bir proqram çərçivəsində bu növü qorumaq üçün layihə həyata keçirilib. Belə ki, 2012-ci ildə Tasmaniya iblislərindən ibarət kiçik bir qrup Tasmaniyanın şərqindəki bir adada yerləşdirilib.Qeyd edilir ki, 1990-cı illərdən bəri, bu yırtıcılar növlərin mövcudluğunu təhdid altına alan yoluxucu üz xərçənginə yoluxurlar. Şiş dişləmə vasitəsi ilə ötürülür və tədricən o qədər böyüyür ki, heyvanlar qidalana bilmir və ölür. Buna görə də adada sağlam iblislər koloniyası yaradılmasına qərar verilib.
İblislərin sayı həqiqətən də artıb, ancaq adada yuva quran 3 min cüt pinqvin yoxa çıxıb, bir il əvvəl is fırtına quşlarının itkin düşməsi barədə məlumatlar yayılıb.
“Tamamilə aydındır ki, iblislər Mariya adasında quş faunasına fəlakətli ekoloji təsir göstərib”,- deyə “BirdLife Tasmania” qrupunun tədqiqatçısı Erik  Vyoler bildirib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				