İLQAR MAHMUDOV ZƏRDABİ QƏSƏBƏSİNDƏ OLUB

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti

şəxslərlə birlikdə Zərdabi qəsəbəsində inşa edilmiş Vətən müharibəsi şəhidləri Musa Məhəmmədovun və Səttər Piriyevin bulaq-xatirə kompleksləri, həmçinin Zərdabi qəsəbə tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Bayram Şixəmirovun büstü ilə tanış olub. Qəbulda Quba rayon prokuroru, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə qəsəbə sakinlərinə ətraflı bilgit verilib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verib. Qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə qəsəbədə yerləşən Zərdabi parkı, həmçinin parkda milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin büstü, bundan əlavə İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə inşa edilmiş parkla tanış olub.