İLHAM ƏLİYEVƏ NEÇƏ MİLYON SƏS VERİLİB?

Dünən Azərbaycanda keçirilən növbədənlənar prezident seçkilərinin ilkin nəticələri elan olunub. Mərkəzi Seçki Komissiyası (MSK) ölkə üzrə seçici fəallığının 76,73 faiz olduğunu,

yəni 4.971.032 nəfərin səs verdiyi açıqlayıb. Ümumilikdə ölkə üzrə 6.478.623 seçici var.

Bülletenlərin 93,3 faizinin sayılmasından sonra İlham Əliyev seçicilərin 92,05%-nin, yəni 4.281.625 nəfərin səsini alıb.

Hazırki nəticələrə görə, 2.19 faiz səslə ikinci yerdə Zahid Oruc qərarlaşıb. O, 101.851 nəfərin səsini alıb. Digər namizədlər Fazil Mustafa 2%, yəni 92.980 səs, Qüdrət Həsənquliyev 1,76%, yəni 81.799 səs, Razi Nurullayev 0,80%, yəni 37.386 səs, Elşad Musayev 0,67%, yəni 31.033 səs, Fuad Əliyev 0,53%, yəni 24.799 səs toplayıb.