İLHAM ƏLİYEVİN 60 İLLİK YUBİLEYİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ

Qubadakı Heydər Əliyev Mərkəzində Ali baş Komandan, prezident İlham Əlievin anadan olmasının 60 illik yubileyi ilə bağlı konfrans keçirilib. Konfrans YAP-nın Quba rayon təşkilatının təşəbbüsü ilə təşkil edilib. Konfransda YAP-nın Quba rayon təşkilatının üzvləri və fəallarından başqa, rayon ziyalıları və gənclər iştirak edib. Konfransı ilk giriş sözü ilə YAP-nın Quba rayon təşkilatının sədri Yusif Abidov açıpb. O, tədbir iştirakçılarını salamlayaraq, konfrasnsı açıq elan edib və Azərbaycan respublikasının dövlət himni səsləndirilib. Daha sonra Azərbaycan Xalqının ümumilli Lideri Heydər Əliyevin və Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfrans iştirakçılarına söz verilməzdən əvvəl müzəffər ali baş komandan, prezident İlham Əliyev haqqında videoçarx göstərilib.