İCRA BAŞÇISINDAN QAZİYƏ EV VƏ TOY HƏDİYYƏSİ

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev rayonun Ərməki kəndində Vətən Müharibəsi qazisi, 3-cü qrup əlil Nəsrullayev Elgün Midhəd oğlunun

yaşadığı evə gedərək onun mənzil-məişət şəraiti ilə yaxından tanış olub. Rayon rəhbəri qazimizin və onun ailəsinin hazırda yaşadığı evin mövcud vəziyyətini nəzərə alaraq onun üçün Rayon İcra Hakimiyyəti tərəfindən yeni evin tikintisi, eləcə də mayın 10-da qazimizin toy məclisinin təşkili məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib. Qazi Elgün Nəsrullayev şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, habelə rayon rəhbərinə öz minnətdarlığını bildirib.