İCRA BAŞÇISI QIRMIZI QƏSƏBƏDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞÜB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 590
			
	
        
		
			
		
		
	
	
		Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Qırmızı Qəsəbə qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib.  Qəbulda Quba rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə qəsəbə sakinlərinə ətraflı ətraflı verilib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Qırmızı Qəsəbə qəsəbəsində yaradılmış şəhid Ramin Abdulrəhimovun xatirə guşəsi, həmçinin Vətən müharibəsi şəhidləri Aydəmir Hacıyev və Yaşar Xudayevin bulaq-xatirə kompleksləri ilə tanış olub.
    
        
                    
            
	
	
				
				
		
	
	
				