HƏKƏRİ SAHİLİNDƏKİ TİNLİ KƏNDİ

Tinli kəndi Qubadlı rayonunda yerləşir. 1993-cü ildən erməni işğalı altında olan kənd 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.Tinli kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Yerli məlumata görə, kəndi Cəbrayıl r-nunun Tinli kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlandırılmışdır. Türk dillərində tirildin “sakinləşmək, yerləşmək, dincəlmək”, “düşərgə” mənalarında işlənir.