HİNDİSTANDA “CANLI KÖRPÜLƏR”

Yaşı beş yüz ilə çatan Canlı Körpülər Hindistanın Meqhalaya əyalətində yerləşir. Bu körpülərə adətən, dünyada ən çox yağıntı düşən yaşayış məntəqələrdən biri olan, Himalay dağlarının cənub-şərq yamacında 1,3 min metr yüksəklikdə yerləşən Çerapunci şəhərində rast gəlmək mümkündür.