HAYLAR ONU“TRAMP DƏHLİZİ”ADLANDIRIR
Baxış sayı: 31
Növbəti həftə ABŞ-dən olan nümayəndələr Zəngəzur dəhlizi, ermənilərin dili ilə desək “Trampın 42 kilometrlik dəhlizi” layihəsini müzakirə etmək üçün Ermənistana səfər edəcəklər."Joxovurd" nəşri bu barədə diplomatik mənbələrə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, səfərin məqsədi artıq paraflanmış Tramp-Əliyev-Paşinyan memorandumunun variantının praktiki həyata keçirilməsinə yönəlmiş addımların ardıcıllığına aydınlıq gətirməkdir. Nəşr onuda yazır ki, ABŞ-li nümayəndələr dəhlizin təkcə texniki deyil, həm də siyasi detallarını müzakirə edəcəklər.Həmçinin layihəyə investisiya həcmi, prioritetlər və tikinti işlərinə başlama müddətləri mövzusuna da toxunulacaq. "Hazırda rəsmi mənbələr səfərin detalları və gündəliyi barədə bilgi vermirlər. Lakin müzakirələr qapalı formatda keçiriləcək, qəbul edilən qərarlar isə regionda yeni logistik reallığın formalaşması ilə birbaşa bağlı olacaq", - deyə bilgidə qeyd olunur.