HANSI ÇİMƏRLİK TƏHLÜKƏLİDİR?
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1077
			
	
        
		
			
		
		
	
	
		Müxtəlif rayon və şəhərlərdə  dəniz suyundan nümunələr götürüldü.  Həmin nümunələr araşdırıldıqdan sonra ərazilərdə yerləşən  çimərliklərin yararlı və yararsız olması üzə çıxdı.  Səhiyyə Nazirliyinin Gigiyena və Epidemologya  Mərkəzinin  Şöbə müdiri Ziyəddin  Kazımovun  sözlərinə görə,  monitorinqlər Bakı şəhərində yerləşən 7 rayonu və Sumqayıtda  əhatə edib.  Şöbə müdiri bildirib ki, monitorinqlərin nəticələri ilə bağlı qərar adiyatı dövlət qurumlarına  və çimərlik ətrafı ərazilərdə yerləşən ictimai iyaşə obyektlərinin sahiblərinə təqdim olunacaq. Ümumilikdə isə iyun ayının 15- nə kimi monitorinqlərin nəticələri barədə daha geniş məlumat veriləcək.
    
        
                    
            
	
	
				
				
		
	
	
				