HADRUT-CƏBRAYIL-ŞÜKÜRBƏYLİ,TUĞ-HADRUT, FÜZULİ-HADRUT YOLLARINDA APARILAN TİKİNTİ İŞLƏRİ İLƏ TANIŞLIQ

Prezident İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastruktur layihələrinin icrası davam edir. Bu barədə məlumat verən Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, belə layihələrdən biri də Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoludur. Qeyd edək ki, Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu başlanğıcını Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39,7 kilometrdir.