GƏLƏNƏKSƏL TÜRK OXÇULUĞU BƏŞƏRİYYƏTİN QEYRİ-MADDİ MƏDƏNİ İRS SİYAHISINA QƏBUL EDİLDİ

Türkiyə siyahıda ən çox nümunə qəbul etdirən ilk 5 ölkə arasındakı yerini daha da möhkəmləndirdi.Qardaş ölkə Türkiyənin daha bir ənənəsi Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Yunesko-nun

Qeyri-Maddi Mədəni İrs siyahısına qəbul edildi. Bununlada Türkiyə siyahıda ən çox nümunə qəbul etdirən ilk 5 ölkə arasındakı yerini möhkəmləndirdi.Söhbətin daha dəqiq nədən getdiyini bilmək istəyirsizsə növbəti sujetimizi izləyin. Kolumbiyanın paytaxtı Boqota şəhərində təşkil edilən Təhsil, Elm və Mədəniyyət Təşkilatının Qeyri-Maddi Mədəni İrs üzrə 14-cü Hökumətlərarası Komitəsinin yığıncağı baŞa çatıb.Agora Konqres Mərkəzində baş tutan və bir çox ölkələrin mədəni irslərinin tanıdıldığı yığıncaqda qardaş ölkə Türk oxçuluğunu Yunesko-ya təqdim edib. YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Qiymətləndirmə orqanı tərəfindən verilən qərar layihəsinə görə,Gələnəksəl Türk Oxçuluğu bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına qeyd edildi. 178 ölkənin üzv olduğu Yunesko-nun Qeyri-Maddi Mədəni İrs müqaviləsi çərçivəsində gələnəksəl Türk oxçuluğu bu qəbulla Türkiyənin adına 18-ci nümunəsini yazmış oldu. Bununlada Türkiyə siyahıda ən çox nümunə qəbul etdirən ilk 5 ölkə arasındakı yerini qorumağı bacardı 2003-cü ildə yaradılan Yunesko-nun Qeyri-Maddi Mədəni İrsin qorunması Konvensiyasına Türkiyə 2006-cı ildən etibarən üzvdür.Mədəniyyət və Turizm Nazirliyi Türk oxçuluq üzərində 3 il bundan əvvəl ənənəvi işləməyə başladıqlarını,Ötən ilin mart ayından isə Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs siyahısına qəbul edilməsi üçün sənədlərin YUNESKO-ya təqdim edildiyini xatırlatdı. YUNESKO-nun bu qərarı ənənəvi üsullarla hazırlanan yay və oxlar ilə müəyyən prinsiplər çərçivəsində piyada və ya atçılıq fəaliyyətlərində həyata keçirilən gələnəksəl Türk Oxçuluq mövzusunda məlumatlılığın milli və beynəlxalq səviyyədə artması gözlənilir. Sonda onu da xatırladaq ki ,Azərbaycanın ilk biznes və turizm kanalı olan “Qafqaz” televiziyası da gələnəksəl türk oxçuluğunun təbliğinə daim diqqət göstərir və hətta bu oxçuluğun sirlərinin gənclərə aşılanması üçün televerilişlərdə hazırlanır.