Gələnəksəl mətbəximiz - Ləvəngi

Azərbaycanın cənub bölgəsinin ən sevilən yeməklərində biri ləvəngidir. Ləvəngi sözünün ilkin mənası "içi doldurulan" deməkdir. Ləvəngi balıq və ya toyuqdan hazırlanır. Balıq ləvəngisi əsasən kütüm balığından hazırlanır. Azərbaycanın Abşeron yarımadasında və Lənkəran, Masallı, Salyan, Neftçala rayonlarında daha çox bişirilir. Kütüm ləvəngisi adətən təndirdə bişirilir. Ləvənginin tərkibini qoz ləpəsi, soğan, lavaşana, duz və istiot təşkil edir. Yeməyin hazırlanması heç də çətin deyil -əsası odur ki, təzə balıqdan istifadə edəsiniz. Əgər balığın kürüsü varsa, onu atmayın. Ondan da çox ləzzətli ləvəngi içi hazırlamaq olar. Kürünü qoz və digər ərzaqlara əlavə edib qarışdırmaq olar. Bu zaman qozun miqdarını bir az azaldın. Balıq ləvəngisinin hazırlanmq üçün 1 ədəd iri kütüm, 1 ədəd iri baş soğan, 500 q qoz ləpəsi, 2 xörək qaşığı palçıq turşu, zövqə görə duz və istiot lazımdır.

Balığın pulcuqları təmizləndikdən sonra balığı yuyub qurulamaq lazımdır. Daha sonra içi və üstü duzlanıb istiotlanır. Bundan sonra Ləvəngi içi hazırlanır. Bunun üçün Soğanı ət maşınından keçirilir. Tənzifə qoyub suyunu sıxılaraq çıxarılır. Daha sonra qoz da ət maşından keçirilir. Bir qabda soğanı, qozu, palçıq tuşusunu və zövqə görə duz istiotu qarışdırılır. Daha sonra Balığın içinə və üstünə palçıq turşu sürtülür, İçi ləvəngi içiylə doldurulur və mətbəx ipiylə tikilərək 180 dərəcə isidilən sobaya qoyulur